Bank Of Baku

Azad Rəhimov: “Ümid edirik ki, gənclərin mənzilə təminatı üçün büdcədən maliyyə vəsaiti ayrılacaq”

Azad Rəhimov: “Ümid edirik ki, gənclərin mənzilə təminatı üçün büdcədən maliyyə vəsaiti ayrılacaq”
# 03 oktyabr 2008 10:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ümid edirik ki, gənclərin, xüsusən də gənc ailələrin mənzilə təminatı üçün 2009-cu ilin dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. A. Rəhimov bildirib ki, nazirlik gənclərin güzəştli şərtlərlə mənzillə təmin olunmasının tərəfdarıdır: “Biz probleminin həlli ilə bağlı ilk günlərdən müəyyən yollar axtarırıq. İstəyirik ki, gənclərin mənzillərlə təminatı üçün sosial ipotekalar həyata keçirilsin. Yaxşı olardı ki, bu kreditlər uzun müddətə, ilk ödənişsiz və aşağı kreditlə verilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR