Bank Of Baku

Gənclər üçün karyera-yay məktəbləri təşkil olunacaq

Gənclər üçün karyera-yay məktəbləri təşkil olunacaq
# 03 oktyabr 2008 11:29 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Gənclər üçün karyera-yay məktəbləri təşkil olunacaq. Bu məktəblər artıq təhsilini başa çatdırmış gənclərin özlərinə layiq olan iş yeri tapa bilməsinə yardım edəcək. İlk karyera məktəbi Qubada təşkil edilsə də, 2009-cu ildən növbəti məktəblərin təşkili nəzərdə tutulur”. Bu sözləri APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O, gənclər üçün yeni karyera mərkəzlərinin yaradıldığını da bildirib: “İlk belə mərkəz Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında formalaşıb. Bu layihə uğurlu alınarsa, gələcəkdə digər təhsil müəssisələrinə də yayılacaq. Bu mərkəzlərdə müxtəlif kurslar təşkil olunacaq, beynəlxalq təcrübə öyrəniləcək, metodik tövsiyələr hazırlanacaq, gənclərlə iş axtaran və iş təklif edən müəssisələrlə əlaqə qurulacaq”.
İ. Babayevin sözlərinə görə, gələcəkdə həmçinin “Gənclər - karyera günləri” adlı əmək yarmarkasının keçirilməsi də nəzərdə tutulur: “Gənclərə karyerasını qurmaqda yardımçı olmaqla yanaşı, onların yaradıcılığının inkişafı üçün də bir sıra yeni layihələr var. Gənclik və elm həftəliyi təşkil etmək, gənc alimlərin əsərlərinin toplusunun nəşrinə başlamaq fikrindəyik. Eyni zamanda, gənc alimlərin qurultayını keçirməyi də planlaşdırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR