Bank Of Baku

İntiqam Babayev: “GUAM ölkələrində gənclər üçün xüsusi turizm kartlarının tətbiqi nəzərdə tutulur”

İntiqam Babayev: “GUAM ölkələrində gənclər üçün xüsusi turizm kartlarının tətbiqi nəzərdə tutulur”
# 03 oktyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “GUAM ölkələri çərçivəsində gənclər üçün nəzərdə tutulan layihələrdə biz Azərbaycanın payına düşəni həll eləmişik. İlk dəfə olaraq, GUAM ölkələri gənclərinin Azərbaycanda konqresi və GUAM gəncləri günləri keçirilib. Biz belə düşünürük ki, bu dörd ölkənin hərəsində il ərzində ən azı 2 tədbir keçirilməlidir”. Bu sözləri APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O, digər GUAM ölkələrinin də nəzərdə tutulan layihələrə yaxından kömək edəcəklərinə ümid etdiyini bildirib: “Birgə düşərgələrin təşkili, GUAM ölkələri çərçivəsində gənclər arasında turizmin inkişaf etdirilməsi, gənclər üçün xüsusi turizm kartlarının tətbiq olunması nəzərdə tutulur. Gənclərin güzəştli kartla səyahəti ilə bağlı artıq dünya təcrübəsi var. GUAM gənclərinin də güzəştli kartla bu ölkələrə səyahətini təşkil etmək mümkündür”. Ukraynada GUAM Gənclər Forumu mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən İ. Babayev Kiyevdə gənclərin turizmi ilə bağlı almanaxın nəşrə olunduğunu deyib: “Bu almanaxda GUAM ölkələrinə dair məlumatlar, onların turizm potensialı, mövcud marşrutlar əks olunacaq. Bu, bizim təşəbbüsümüzdür və GUAM gənclərinin güzəştli kartla bu ölkələrin ərazisinə səyahəti nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR