Bank Of Baku

Azərbaycan paytaxtında «Sosial sığorta sahəsində İKT» mövzusunda keçirilən beynəlxalq seminar başa çatıb

Azərbaycan paytaxtında «Sosial sığorta sahəsində İKT» mövzusunda keçirilən beynəlxalq seminar başa çatıb
# 03 oktyabr 2008 12:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə Bakıda «Sosial sığorta sahəsində informasiya və kommunikasiya texnologiyaları» mövzusunda keçirilən iki günlük beynəlxalq texniki seminar bu gün yekunlaşıb.
«APA-Economics»in məlumatına görə, tədbirin yekununda çıxış edən BSTA-nın İKT Texniki Komissiyasının sədr müavini, DSMF-nın nümayəndəsi Oqtay İbrahimov bildirib ki, əhali sənədləri kağız formasında təqdim edir, həmin məlumatlar rəqəmsal məlumat kimi fondda saxlanılır. DSMF Azərbaycanda tədricən elektron sənəd təqdimatına keçməyi nəzərdə tutur. O.İbrahimov bu prosesə hazır olduqlarını da söyləyib.
DSMF sədri Səlim Müslümov isə bildirib ki, hazırda Vergilər Nazirliyi vergi ödəyicilərindən bəyannamələri elektron şəkildə qəbul edir. DSMF Vergilər Nazirliyinin təcrübəsi əsasında növbəti illərdə elektron bəyannamələrə keçidin sürətlənməsini təmin edəcək. Fond sədrinin sözlərinə görə, hazırda bəyannamələr DSMF-yə həm əl, həm xüsusi qutuya atılmaq, həm də elektron poçtla təqdim edilir. S.Müslümov ödəyicilərin bunlardan daha çox sənədlərin elektron poçtla göndərilməsinə üstünlük verdiklərini də söyləyib.
BSTA-nın İKT Texniki Komissiyasının Sosial Təhlükəsizlik Administrasiyasının sədr müavini Uilyam Qrey isə bildirib ki, iki gün davam edən tədbirdə İKT üzrə sosial sığorta və pensiya təminatı təşkilatlarında tətbiq edilmiş müvafiq təcrübə bölüşüb, İKT-nin təşkilatın idarə edilməsi strategiyasına necə təsir göstərdiyi müzakirə edilib. U.Qrey bu müzakirələrin uğurlu aparıldığını və seminarın nəticələrinin iştirakçılar üçün əhəmiyyətli olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR