Bank Of Baku

Azərbaycanda sosial sığorta dərəcəsinin tərkibinin optimallaşdırılması ilə bağlı hesablamalar aparılır

Azərbaycanda sosial sığorta dərəcəsinin tərkibinin optimallaşdırılması ilə bağlı hesablamalar aparılır
# 03 oktyabr 2008 13:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda əmək haqqından ödənilən sosial sığorta dərəcəsinin tədricən artırılması, işəgötürənin ödədiyi sığorta hissəsinin aşağı salınması məsələsi gündəlikdədir. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, tədricən baş verməli olan bu proses əmək haqlarının artımına bağlıdır: «Elə əmək haqqı olmalıdır ki, işçi ondan 4-5% ödəyəndə bu, onun üçün o qədər də ağır yükə çevrilməsin. Azərbaycanda da yalnız əmək haqlarının müəyyən qədər artımından sonra bu prosesə getmək olar. Hazırda Dövlət Sosial Müdafiə Fondu aktuar hesablamalar aparır. Həmin hesablamaların nəticələrinə uyğun olaraq, hökumətə gələcəkdə bununla bağlı təkliflər veriləcək».
S.Müslümov bildirib ki, əksər Avropa, o cümlədən qonşu ölkələrdə işçilərin əmək haqlarından ödədikləri sığorta hissəsi daha böyükdür. Qazaxıstanda sırf pensiya sığortası üçün 11% işəgötürən, 10% işçi ödəyir. Rusiyada isə işçilər üçün bu, 4% səviyyəsində müəyyənləşdirilib.
Fondun sədri hesab edir ki, Azərbaycanda da işçinin ödədiyi sosial sığorta dərəcəsi yüksəldilməklə işçinin məsuliyyəti daha çox artırmalıdır. S.Müslümov hazırda Azərbaycanda mövcud olan sosial sığorta dərəcələrinin MDB məkanında ən aşağı dərəcə olduğunu da söyləyib: «Rusiya dünən vahid sosial verginin ləğvi ilə bağlı qərar qəbul edib və yenidən sosial sığorta haqlarına keçib. Rusiyada ayrı-ayrı sığortalar üzrə ümumilikdə 34 dərəcə müəyyən edilib. Azərbaycanda isə bizim sığorta haqlarımızdan başqa ikinci sığorta haqqı ödənilmir. Bu sığorta haqqı da 25%-dir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR