Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmli inventar məlumat bazası yaradılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmli inventar məlumat bazası yaradılıb
# 03 oktyabr 2008 15:05 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Memarlıq və İnşaat Universitetinin və ABŞ-ın Minnesota Universitetinin birgə əməkdaşlığı ilə İçərişəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması həyata keçirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Layihə Mədəniyyət və Turizm Nazirliyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi nəticəsində gerçəkləşib. İçərişəhərin yeni hazırlanan rəqəmli inventar məlumat bazası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR