Bank Of Baku

Azərbaycan da daxil olmaqla, Beynəlxalq Əməyin Təftişi Assosiasiyasını birləşdirən Regional Alyans yaradılıb

Azərbaycan da daxil olmaqla, Beynəlxalq Əməyin Təftişi Assosiasiyasını birləşdirən Regional Alyans yaradılıb
# 03 oktyabr 2008 16:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bolqarıstanın paytaxtı Sofiya şəhərində Cənub-Şərqi Avropa ölkələrinin, Azərbaycan, Moldova və Ukraynanın dövlət əmək müfəttişliklərinin və Beynəlxalq Əməyin Təftişi Assosiasiyasının ilk regional konfransı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Konfransda Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov və nazirliyin Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü təmsil ediblər.

Konfransda əməyin mühafizəsi, işçi hüquqlarının müdafiəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahələrində qarşılıqlı təcrübə mübadiləsini və regional əməkdaşlığı nəzərdə tutan bəyannamə imzalanıb. Bəyannamənin müddəalarına uyğun olaraq, əməyin mühafizəsi və işçi hüquqlarının müdafiəsi, sağlam və təhlükəsiz iş şəraitinin təminatı, habelə əmək müfəttişlərinin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı regional əməkdaşlığı təmin edəcək yeni birliyin - Azərbaycan da daxil olmaqla 14 ölkəni və Beynəlxalq Əməyin Təftişi Assosiasiyasını birləşdirən Regional Alyans yaradılıb.

Qarşılıqlı razılaşmaya əsasən, rotasiya prinsipi üzrə hər dəfə bu birliyə üzv ölkələrin birində olmaqla və həmin ölkənin sədrliyi ilə hər il Alyansın forumu keçiriləcək.
Konfrans çərçivəsində Azərbaycan əməyin mühafizəsi sahəsində Avropa standartlarına doğru daha bir addım ataraq, Qafqazda ilk ölkə kimi Beynəlxalq Əməyin Təftişi Assosiasiyasına üzv qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR