Bank Of Baku

Yevlaxın mərkəzi xəstəxanası yenidən qurulacaq

Yevlaxın mərkəzi xəstəxanası yenidən qurulacaq
# 04 oktyabr 2008 10:35 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu - APA. Yevlax rayonunda Mərkəzi Rayon Xəstəxanası yenidən qurulacaq. Bu barədə APA-nın Qarabağ bürosuna Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Xəstəxanadan bildirilib ki, artıq 238 çarpayılıq binanın inşasına start verilib. Tikinti işləri Dövlət Neft Şirkətinin maliyyə vəsaiti hesabına həyata keçirilir. Səhiyyə ocağı müasir memarlıq üslubunda qurulur. Tikinti işləri başa çatdırıldıqdan sonra müəssisə xarici avadanlıqla təchiz ediləcək. Fəaliyyətə başladıqdan sonra xəstəxananın tibbi xidmət sahələrinin və işçi personalının genişləndiriləcəyi bildirilir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayon ərazisində inşa olunan 50 çarpayılıq uşaq xəstəxanasının tikintisi isə artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda xəstəxana istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR