Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə Moldova Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə Moldova Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sazişi imzalanıb
# 06 oktyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Moldova Milli Sosial Sığorta Kassası (MMSSK) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
DSMF-nin İctimaiyyətlə Əlaqələr Sektorundan «APA-Economics»ə verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən Fondun sədri Səlim Müslümov, Moldova tərəfindən isə MSSK-nın prezidenti xanım Mariya Borta imzalayıb. Saziş iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.
Sənədə əsasən, tərəflər informasiya-kommunikasiya texnologiyaları, sığorta pensiya islahatları, əhalinin sosial müdafiəsi sahəsində təcrübə mübadiləsini bölüşmək, birgə seminarlar keçirmək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil etmək və digər məsələlərdə razılığa gəlib. Eyni zamanda, saziş Azərbaycan və Moldovanın maraqlarına və sosial iqtisadi inkişafına töhfə verəcək, eləcə də hər iki ölkədə olan müsbət təcrübələri bölüşməyə imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR