Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələri ilə bağlı elan edilən müsahibə üzrə sənəd qəbulu başa çatıb

Vakant dövlət qulluğu vəzifələri ilə bağlı elan edilən müsahibə üzrə sənəd qəbulu başa çatıb
# 06 oktyabr 2008 10:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən sentyabrın 11-də elan edilən müsahibəyə təqdim edilən 198 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiyada 106 namizəd qeydə alınıb. Onlardan 17-si qadın, 89-u isə kişidir. Qeyd olunub ki, 14 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarını əhatə edən bu vəzifələrdən 69,19 faizi üç dövlət orqanı üzrədir. Müsahibədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 70, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 38, Dövlət Sosial Müdafiə Fondu isə 29 vakant vəzifə ilə iştirak ediblər.
Müsahibədə iştirak etmək üçün ən çox namizəd Mədəniyyət və Turizm Nazirliyi (3 vakant yerə qarşı 7 namizəd), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (8 vakant yerə qarşı 13 namizəd) və İqtisadi İnkişaf Nazirliyi (18 vakant yerə qarşı 20 namizəd) üzrə qeydə alınıb. Bu dövlət orqanları üzrə bir vakant yerə sənəd verən namizədlərin sayı müvafiq olaraq 2.33, 1.63 və 1.11 olub.
Müsahibədə 1 vakant vəzifə ilə iştirak edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Dəniz Administrasiyası üzrə heç bir namizəd qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR