Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti şikayətə baxıb

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti şikayətə baxıb
# 06 oktyabr 2008 10:11 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Avropa İnsan Haqları Məhkəməsi oktyabrın 9-da Azərbaycanla bağlı növbəti qərarını açıqlayacaq. APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qərar Valentina Akimovanın Avropa İnsan Haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (mülkiyyət hüququnun pozulması) əsasında şikayəti ilə bağlı 19853/03 saylı iş üzrə çıxarılıb. Sentyabrın 27-də çıxarılan qərara əsasən qeyri-qanuni şəkildə başqasının mənzilini zəbt etmiş məcburi köçkünlərin köçürülməsi haqda qərarın qeyri-müəyyən müddətə qədər təxirə salınması nəticəsində hüquq pozuntuları baş verib. Ancaq məhkəmə hələlik bu məsələ üzrə qərar qəbul etməyə hazır olmadığı qənaətinə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR