Bank Of Baku

Azərbaycan dilinin tədris olunduğu xarici ölkələrin sayı artacaq

Azərbaycan dilinin tədris olunduğu xarici ölkələrin sayı artacaq
# 06 oktyabr 2008 11:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan dilinin tədris olunduğu xarici ölkələrin sayı artacaq. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, hazırda Azərbaycan dilinin tədrisi dünyada həmyerlilərimizin kompakt yaşadığı ərazilərdə “bazar günü” məktəbləri vasitəsilə aparılır. Nazir bildirib ki, ABŞ-ın müxtəlif ştatlarında və Böyük Britaniyada “bazar günü” məktəblərinin fəaliyyəti üçün hər il Azərbaycanda çap olunan dərsliklər səfirliklər vasitəsilə həmin ölkələrə göndərilir: “Bu məktəblərə yalnız həmin ölkələrdə yaşayan azərbaycanlılar deyil, yerli vətəndaşlar da maraq göstərirlər. Mənə elə gəlir ki, bunu nəzərə alaraq işi genişləndirməliyik. Artıq bu istiqamətdə ilk addımlarımızı atırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR