Bank Of Baku

Goğur Qala qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar yekunlaşıb

Goğur Qala qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar yekunlaşıb
# 06 oktyabr 2008 13:01 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Naxçıvanın Kəngərli rayonunun Şahtaxtlı kəndində yerləşən Goğur Qala qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar yekunlaşıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O, şəhər tipli bu yaşayış yerinin bizim eradan əvvəl III minilliyin sonu I minilliyin əvvəlinə aid olduğunu bildirib: “Bu abidənin son tunc-ilk dəmir dövrünə aid olduğu güman edilir. Aparılan tədqiqat zamanı bu qədim məskəndə daimi yaşayışın olması faktı məlum oldu. Bu yaşayış indiyə qədər də davam edib. Amma təxminən XV-XVI əsrdən sonra müəyyən yerdəyişmə olub və sakinlər Şahtaxtlı kəndinin aşağı hissəsinə köçüb. Qazıntılar nəticəsində 85 santimetr qalınlığında olan antik dövr təbəqəsi aşkarlanıb. Neolit dövrü ilə yanaşı, artıq eneolitə aid nümunələr də aşkar edilib”.
Artıq tədqiqatların dayandırıldığını deyən Q. Ağayevin sözlərinə görə, gələn ildən ərazidə geniş miqyaslı arxeoloji qazıntıların aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR