Bank Of Baku

Oktyabrın 8-dən Azərbaycan ərazisində havanın temperaturu yenidən düşməyə başlayacaq

Oktyabrın 8-dən Azərbaycan ərazisində havanın temperaturu yenidən düşməyə başlayacaq
# 06 oktyabr 2008 13:10 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, oktyabrın 7-də respublikanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-27, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq. Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq.

Oktyabrın 8-i axşam bəzi dağlıq və dağətəyi rayonlarda, 9-da isə əksər rayonlarda yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Həmin gün qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 13-18, gündüz 20-25 dərəcə isti qeydə alınacaq. Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq, ancaq axşam buludluluğun artacağı, yarımadanın bəzi ərazilərində yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Oktyabrın 9-da da buludlu hava üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-17, gündüz 20-23 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR