Bank Of Baku

“İrəli” Gənclər Hərəkatı İnsan Kapitalı Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib

“İrəli” Gənclər Hərəkatı İnsan Kapitalı Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib
# 06 oktyabr 2008 14:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İrəli” Ümumrespublika Gənclər Hərəkatı İnsan Kapitalı Fondunun yaradılması ilə bağlı Prezidentin İcra Aparatına müraciət edib. Hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı APA-ya bildirib ki, bu təşəbbüslə çıxış edən hərəkat artıq dövlət qurumları və bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin ixtisaslaşmış qurumları ilə danışıqlara başlayıb. C. Osmanlı deyib ki, fondun yaradılması Azərbaycanda və xaricdə təhsil alan gənclərin səmərəli koordinasiya olunmasına və müasir dünyadakı elmi, texniki və mədəni tərəqqinin ölkəyə gəlməsinə şərait yaradacaq: “Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi sübut etdi ki, hər cür inkişafın kökündə dayanan əsas faktor insandır. Bu gün ən inkişaf etmiş ölkələr ərazisi, əhalisi və təbii sərvətləri çox olanlar deyil, insan kapitalı güclü olanlardır. Təhlillər göstərir ki, bütün bu məsələləri kompleks şəkildə həll etmək məqsədilə Azərbaycanda insan kapitalı siyasətinin genişləndirilməsinə və İnsan Kapitalı Fondunun yaradılmasına ehtiyac var. Prezident yanında İnsan Kapitalı Fondunun yaradılması Azərbaycanın gələcək inkişafı baxımından önəmli olan insan kapitalı siyasətinin daim gündəmdə saxlanmasına və vahid mərkəzdən idarə olunmasına xidmət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR