Bank Of Baku

Qubada aşkarlanmış kütləvi məzarlıqda xatirə kompleksinin yaradılması ilə bağlı müvafiq orqanlara müraciət olunub

Qubada aşkarlanmış kütləvi məzarlıqda xatirə kompleksinin yaradılması ilə bağlı müvafiq orqanlara müraciət olunub
# 06 oktyabr 2008 14:01 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Qubada aşkar edilmiş kütləvi məzarlıqda aparılan arxeoloji tədqiqatın nəticələrini rayon İcra Hakimiyyətinə təhvil verdik. Ərazidə muzey yaradılması məsələsi həll olunmalıdır. Biz bu məsələnin həllini və yerli hakimiyyət tərəfindən əraziyə dəvət olunmağımızı gözləyirik”. Bu sözləri APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib.

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov isə kütləvi məzarlıqda aparılan elmi tədqiqatların yekunlaşdığını və hazırda ərazinin mühafizə olunduğunu bildirib. Onun sözlərinə görə, ərazidə müəyyən təmizlik işləri görülür, səliqə-sahman yaradılır: “Məzarlıqda böyük xatirə kompleksinin yaradılması planlaşdırılır. Bu məsələ ilə bağlı müvafiq orqanlara müraciət olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR