Bank Of Baku

Şahbuzda 112 yaşlı məktəb üçün yeni bina istifadəyə verilib

Şahbuzda 112 yaşlı məktəb üçün yeni bina istifadəyə verilib
# 07 oktyabr 2008 21:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində 112 yaşlı məktəb üçün yeni bina istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, 1896-cı ildə iki sinifli rus-tatar məktəbi kimi fəaliyyətə başlayan Şahbuzkənd orta məktəbinin rəsmi səviyyədə açılışı olub.
2 mərtəbədən ibarət məktəb binasında 216 şagirdin təhsil alması nəzərdə tutulub. Orta məktəb kompyuter avadanlıqları ilə təchiz olunub.
Qeyd edək ki, bu il Şahbuz rayonunda 6 yeni obyekt tikilib. İlin sonunadək daha 4 obyekt istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR