Bank Of Baku

Avropa Şurası gənclər nazirlərinin konfransı keçiriləcək

Avropa Şurası gənclər nazirlərinin konfransı keçiriləcək
# 07 oktyabr 2008 13:17 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Oktyabrın 8-12-də Kiyev şəhərində Avropa Şurasına üzv dövlətlərin gənclər nazirlərinin konfransı keçiriləcək. “Avropa Şurasının gənclər siyasətinin gələcəyi” devizi ilə keçiriləcək tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edəcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Konfransda gənclərin mədəni inkişafına, sosial hüquqlarının müdafiəsinə, həmrəyliyinə dəstək verilməsi barədə müzakirələr aparılacaq. Tədbirin sonunda növbəti 3 il üçün gənclər siyasəti üzrə prioritetləri müəyyən edən deklarasiya qəbul olunacaq.
Qeyd edək ki, hər 3 ildən bir keçirilən bu konfrans sonuncu dəfə 2005-ci ildə Macarıstanda olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR