Bank Of Baku

İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bina istifadəyə verilib

İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bina istifadəyə verilib
# 07 oktyabr 2008 14:18 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov-APA. İsmayıllı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 4 mərtəbəli 36 mənzilli binanın açılışı keçirilib. APA-nın Şirvan bürosunun məlumatına görə, açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov iştirak edib. Nazir evlərin orderlərini təqdim edib. Hər ailəyə televizorlar hədiyyə edilib. Daha sonra F. Ələkbərovun iştirakı ilə 12 rayondan olan Qarabağ müharibəsi əlillərinə 20 “Oka” markalı avtomobil və 65 ədəd əlil arabası təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR