Bank Of Baku

Ermənilərin Sərsəng Su Anbarının suyunu buraxması Tərtər çayının suyunu bulandırır

Ermənilərin Sərsəng Su Anbarının suyunu buraxması Tərtər çayının suyunu bulandırır
# 07 oktyabr 2008 15:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Ermənilərlə total müharibə şəraitindəyik, onlar bu müharibədə total vasitələrdən istifadə edirlər. Əraziləri yandırdıqdan sonra sülh haqqında danışıqlar apararaq elə vəziyyət yaradırlar ki, guya hər şey qaydasındadır. Vaxtilə Azərbaycan hökuməti tərəfindən Aran və Qarabağ torpaqlarının suvarılması üçün tikilən Sərsəng Su Anbarından da onlar hazırda başqa məqsədlə istifadə edirlər». «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazirin sözlərinə görə, ermənilər qışda, su bol olanda aşağı axardakı kəndləri yuyub dağıtması üçün bu anbarın suyunu açıb buraxırlar, yayda isə bunun əksini edirlər: «Bu, düşmənçiliyin bir metodudur. Ayrı-ayrı ölkələrdə müharibə taktikalarına nəzər salsanız görərsiniz ki, təbiətin imkanlarından istifadə etmək onun tərkib hissəsidir. Bu baxımdan da onlar bu anbardan istifadə edirlər».
Tərtər çayının suyunun bulanıq olmasının səbəbini açıqlayan H.Bağırov bildirib ki, ermənilər Sərsəng Su Anbarının suyunu açıb buraxanda ətrafdakı bulanmış sular da ona qarışır. Bu isə nəticədə çayın suyunun bulanıq olmasına gətirib çıxarır.
Odunun qiymətinin bahalaşmasını meşələrin az qırılması ilə əlaqələndirən H.Bağırov Kür çayının məcrasının dəyişdirilməsinin nəzərdə tutulmadığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR