Bank Of Baku

Mingəçevirin 60 illik yubileyi ilə əlaqədar kitablar hazırlanıb

Mingəçevirin 60 illik yubileyi ilə əlaqədar kitablar hazırlanıb
# 07 oktyabr 2008 16:10 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhərinin 60 illik yubileyi münasibəti ilə hazırlanan 2 kitab bu günlərdə oxuculara təqdim olunacaq. APA-nın yerli bürosunun məlumatına görə, kitablar Mingəçevir şəhər İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının təşəbbüsü və dəstəyi ilə nəfis tərtibatda hazırlanıb. “Mingəçevir bu gün” kitabında şəhərin salınma tarixinə və ötən 60 ilin bəzi məqamlarına qısa nəzər salınıb. “Mingəçevir şivəsi” adlanan digər kitab isə dialektoloji lüğətdir. Kitabda ədəbi dildə təsadüf olunmayan və xalqın dilində işlənərək qorunub saxlanılan 1000-ə yaxın dialekt və şivə öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR