Bank Of Baku

Azərbaycan ərazisində hava yenidən soyuyacaq, güclü yağışlar yağacaq

Azərbaycan ərazisində hava yenidən soyuyacaq, güclü yağışlar yağacaq
# 08 oktyabr 2008 12:32 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 9-dan oktyabrın 13-dək qərb rayonlarından başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Həmin müddətdə fasilələrlə yağış yağacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, gözlənilən intensiv yağışlarla əlaqəli çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Oktyabrın 9-u axşam saatlarında və 10-da şimal-qərb küləyi güclənəcək, 11-də küləyin mülayimləşməsi, 12-də isə yenidən güclənməsi gözlənilir. Həftənin sonunda bu günlərə nisbətən temperaturlar tədricən 3-5 dərəcə düşəcək.

Qeyd edək ki, həftənin əvvəlində qeydə alınan temperaturlar iqlim normasından 2 dərəcə yüksəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR