Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə elmləri üzrə hesabat yığıncağı keçiriləcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə elmləri üzrə hesabat yığıncağı keçiriləcək
# 08 oktyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Noyabrın 1-5-də Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə elmləri üzrə informasiya sisteminin illik hesabat yığıncağı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. 100-dən çox ölkənin təmsilçilərinin qatılacağı toplantıda Azərbaycanı təmsil edəcək A. Qəribovun sözlərinə görə, AEBA Azərbaycanda nəzərdə tutulan layihələri ilin sonunda təsdiqləyəcək: “Bu layihələr təsdiqlənəndən sonra artıq iş başlanacaq. Layihənin həyata keçirilməsi üçün Azərbaycanın 2011-ci ildə maliyyə vəsaiti ayırması nəzərdə tutulur. O vaxta qədər isə AEBA-nın maliyyə vəsaiti hesabına hazırlıq mərhələsi həyata keçiriləcək”.
Tədqiqat nüvə reaktorunun ətraf mühitə ciddi təsiri olmadığını deyən A. Qəribov nəzərdə tutulan ərazinin məqsədə uyğun olduğunu və hazırda sənədləşdirilmə işlərinin aparıldığını bildirib.
Qeyd edək ki, Azərbaycanda tədqiqat nüvə reaktoru və sterilizasiya qurğusunun inşası üçün Xırdalan yaxınlığında xüsusi sahə ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR