Bank Of Baku

Amerika Hüquqşünaslar Assosiasiyası tərəfindən keçirilən təlim sessiyaları başa çatıb

Amerika Hüquqşünaslar Assosiasiyası tərəfindən keçirilən təlim sessiyaları başa çatıb
# 08 oktyabr 2008 13:26 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Amerika Hüquqşünaslar Assosiasiyasının (AHA) Azərbaycanda keçirdiyi təlim sessiyaları başa çatıb. Bu barədə APA-ya assosiasiyanın ölkə üzrə direktoru David Rubino məlumat verib. O bildirib ki, indiyədək “Seçki fəaliyyəti proqramı – 2008” layihəsi çərçivəsində Bakı, Gəncə, Quba, Şirvan, Lənkəran, Şəki şəhərlərində bir günlük treninqlər keçirilib. Sonuncu treninq Naxçıvan şəhərində təşkil olunub. Layihənin Naxçıvanı da əhatə etməsini regionla münasibətlərinin başlanğıcı hesab edən D. Rubino növbəti mərhələdə digər layihə və proqramlar əsasında da seminar-treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR