Bank Of Baku

Zaqatalada mədəniyyət evinin və iki poçt binasının açılış mərasimi keçirilib

Zaqatalada mədəniyyət evinin və iki poçt binasının açılış mərasimi keçirilib
# 08 oktyabr 2008 13:52 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Bu gün Zaqatala rayonunda mədəniyyət evinin və iki poçt binasının açılış mərasimi keçirilib. Bu barədə APA-nın yerli bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, 250 yerlik Göyəm kənd mədəniyyət evinin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak edib. 1959-cu ildə inşa olunan, son illər baxımsızlıqdan yararsız vəziyyətə düşən mədəniyyət evi A. Əsgərovun tapşırığı əsasında rayonun daxili imkanları hesabına yenidən bərpa olunub və müasir avadanlıqlarla təchiz edilib.
Daha sonra rayonun Lahıc kəndində və Zaqatala şəhərində yeni inşa olunan poçt binalarının açılış mərasimi baş tutub. Açılış mərasimində “Azərpoçt Dövlət Müəssisəsinin” şöbə müdiri Fərid Cəfərov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR