Bank Of Baku

Azərbaycanda ilk biosfer qoruq yaradılacaq

Azərbaycanda ilk biosfer qoruq yaradılacaq
# 08 oktyabr 2008 13:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisini genişləndirməyi nəzərdə tutur.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hazırda bununla bağlı müvafiq sənədlər hazırlanır. Gələcəkdə həmin ərazidə Azərbaycanda ilk Biosfer Qoruğun yaradılması da planlaşdırılır.
Qeyd edək ki, respublikanın ən qədim qoruqlarından olan Zaqatala Dövlət Təbiət Qoruğu 1929-cu ildə Zaqatala və Balakən rayonlarının inzibati ərazisində - Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikro yamaclarında təşkil edilib. Qoruğun ərazisi 23 844 hektardır.
Ümumilikdə isə Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 748,4 min hektardır ki, bu da ölkə ərazisinin 8,7%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR