Bank Of Baku

Azərbaycanın səhiyyə naziri Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib

Azərbaycanın səhiyyə naziri Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib
# 08 oktyabr 2008 13:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayrenenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Şirəliyev Azərbaycan prezidentinin bu ilin mayında Finlandiyaya rəsmi səfərinin iki ölkə arasında səhiyyə və sosial sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişafında müstəsna rol oynadığını söyləyib. Finlandiyalı nazir isə öz ölkəsində səhiyyənin çox inkişaf etdiyini, buna baxmayaraq, problemlərin olduğunu da bildirib. O, problemlərin həlli üçün birgə layihələrin həyata keçirilməsini təklif edib. O. Şirəliyev daha konkret təkliflərin hazırlanması məqsədilə Finlandiya və Azərbaycan səhiyyə ekspertlərinin görüşünün məqsədəuyğun olduğunu vurğulayıb.

Görüşdə Finlandiyanın Azərbaycandakı səfiri Petri Salo da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR