Bank Of Baku

Göyçayda Sosial Müdafiə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib

Göyçayda Sosial Müdafiə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib
# 08 oktyabr 2008 21:30 (UTC +04:00)
Göyçay. Zahid Abışov-APA. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Göyçay rayon Sosial Müdafiə Mərkəzinin yeni inzibati binasının açılış mərasimi keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimov, Sosial Müdafiə Mərkəzinin müdiri Hüseyn Həsənov iştirak edib. 2007-ci ilin noyabrında tikintisinə başlanan 2 mərtəbədən, 18 otaq və konfrans zalından ibarət olan bina müasir avadanlıqlarla təchiz olunub.
Binada həmçinin nazirliyin Əmək və Sosial Müdafiə Baş İdarəsinin 16 saylı Zona Şöbəsi və bölgə üzrə 15 saylı Dövlət Əmək Müfəttişliyi də fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR