Bank Of Baku

ABŞ hökuməti Edmund Musckie və TEA proqramları üzrə namizədlərin qəbulunu elan edib

ABŞ hökuməti Edmund Musckie və TEA proqramları üzrə namizədlərin qəbulunu elan edib
# 09 oktyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. ABŞ hökuməti Edmund Musckie və TEA proqramları üzrə namizədlərin qəbulunu elan edib. APA-nın məlumatına görə, Musckie proqramı Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Bu proqram əsasında indiyə kimi 230 azərbaycanlı ABŞ-da magistr təhsili alıb. Sənədlər 11 peşə üzrə qəbul olunur. Müsabiqənin qalibi olacaq 15 nəfərin ABŞ-da iki illik təhsil haqqı, yol xərcləri və tibbi sığorta xərcləri ödənəcək. Proqram əsasında həmçinin 3 aylıq təcrübə keçmək də mümkündür. Sənədlərin verilməsi üçün son tarix 31 oktyabr olaraq müəyyənləşdirilib. TEA proqramı isə azərbaycanlı müəllimlərin ABŞ-da 6 həftəlik ingilis dili kursu keçməsini nəzərdə tutur. Bu proqram üzrə ABŞ-a getmək istəyənlər sənədlərini noyabrın 10-na kimi təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR