Bank Of Baku

Naxçıvan Qarnizonunun Arxa Cəbhə Xidmətlərinin Mərkəzləşdirilmiş Anbarlar Sistemi yaradılıb

Naxçıvan Qarnizonunun Arxa Cəbhə Xidmətlərinin Mərkəzləşdirilmiş Anbarlar Sistemi yaradılıb
# 09 oktyabr 2008 11:37 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Qarnizonunun Arxa Cəbhə Xidmətlərinin Mərkəzləşdirilmiş Anbarlar Sistemi yaradılıb. APA-nın Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətinin məlumatına istinadən xəbərinə görə, yeni sistemin formalaşdırılması regionda arxa cəbhə xidmətlərinin maddi-texniki bazasının daha da gücləndirilməsi məqsədilə həyata keçirilib. Ərazidə dəmir yolunun mövcudluğu ayrı-ayrı rayonlarda yerləşən hərbi hissələrə müxtəlif yüklərin daşınmasına imkan yaradır.
Mərkəzləşdirilmiş Anbarlar Sistemində ət və ət məhsullarının saxlanılması üçün soyuducu vaqonlardan istifadə olunacaq. Naxçıvan Qarnizonunun Arxa Cəbhə Xidmətlərinin Mərkəzləşdirilmiş Anbarlar Sisteminin təhlükəsizliyinin təmin olunması üçün müdafiə sistemi də yaradılıb. Növbəti mərhələdə yanğın təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, hərbi hissəyə gətirilən ərzaq məhsullarının keyfiyyətinin yoxlanılması məqsədilə laboratoriyanın qurulması, mərkəzləşdirilmiş dərman və tibbi preparatları anbarının yenidən qurulması, 6 sobalıq müasir çörək zavodunun tikilməsi, ərazidə digər obyekt və anbarların, habelə müasir hərbi hospitalın inşası həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR