Bank Of Baku

Naxçıvanda Tütün Fermentasiya zavodu istifadəyə verilib

Naxçıvanda Tütün Fermentasiya zavodu istifadəyə verilib
# 09 oktyabr 2008 11:43 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvanda Tütün Fermentasiya zavodu istifadəyə verilib. Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, ümumi sahəsi 1170 kvadratmetr ərazini əhatə edən zavodun illik istehsal gücü 2 min tondur. Yeni istehsal sahəsinin yaradılmasına 1 milyon manat maliyyə vəsait sərf olunub. Nazirlikdən bildirilib ki, yeni zavodun istifadəyə verilməsi tütün əkini həyata keçən torpaq mülkiyyətçilərinin fəaliyyətinə stimul verəcək. Artıq bununla bağlı tütün əkini ilə məşğul olan 210 mülkiyyətçi ilə müqavilə bağlanıb.
Bu il Naxçıvan Muxtar Respublikasında 23 xidmət və istehsal və sahəsi yaradılıb. Daha 22 sahənin yaradılması üçün müvafiq layihələrin icrası davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR