Bank Of Baku

Naxçıvanda yeni sənaye kompleksinin açılışı olub

Naxçıvanda yeni sənaye kompleksinin açılışı olub
# 09 oktyabr 2008 11:45 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) müxtəlif istehsal sahələrini əhatə edən yeni sənaye kompleksinin açılışı olub. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə «Cahan Holdinq» Kommersiya Şirkətlər İttifaqının yeni sənaye kompleksi nəzdində müxtəlif yeni istehsal sahələri fəaliyyət göstərəcək. Sənaye kompleksinin yaradılmasına 7 milyon 817 min 500 manat vəsait sərf olunub. Texnoloji avadanlıqlar isə ABŞ və Türkiyə Respublikasından gətirilib. Kompleksin ümumi sahəsi 133 min 710 kvadratmetr, yeni yaradılan daimi iş yerlərinin sayı 396, mövsümi iş yerlərinin sayı isə 210 nəfərdən ibarətdir.
«Cahan-Sənaye Kompleksi» tərkibində aylıq istehsal gücü 30 min kvadratmetr radiator olan Panel Radiator İstehsal Müəssisini, presləmə sexi, gündəlik istehsal gücü 4 min 800 kvadratmetr şifer olan paslanmaz dəmir şifer istehsalı, ümumi istehsal gücü ay ərzində 3 min 655 kvadratmetr qapı və pəncərə olan plastik qapı-pəncərə sexlərinin, ərzaq təhlükəsizliyi proqramı çərçivəsində 2000 kvadratmetr sahədə ümumi tutumun 200 ton olan 4 ədəd soyuducu vaqondan ibarət ərzaq terminalı istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR