Bank Of Baku

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 50-ci açıq ürək əməliyyatı keçirilib

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində  50-ci  açıq ürək əməliyyatı keçirilib
# 09 oktyabr 2008 11:49 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Azərbaycan Respublikası Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqlardan ibarət bir qrup tibbi personalı Naxçıvan Muxtar Respublikasındadır. Xəstəxananın ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun APA-nın yerli bürosuna verdiyi məlumata görə personalın il ərzində regiona səfərləri çərçivəsində bu gün Naxçıvan Diaqnostik-Müalicə Mərkəzində artıq 50-ci açıq ürək əməliyyatı keçirilib. Budəfəki aksiyası zamanı təcili əməliyyata ehtiyacı olan 6 xəstə üzərində açıq ürək əməliyyatının aparılacağını deyən R. Mahmudov 3 gün ərzində 30-dan çox xəstə üzərində angeoqrafiya və stendlərin qoyulması müalicə-müayinə metodunun tətbiq ediləcəyini, 2 xəstədə ürəyin ritminin bərpa olunması üçün kardiostimulyator aparatının qoyulacağını bildirib.
Qeyd edək ki, bu, Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqlardan ibarət tibb personalının Naxçıvanda bu ildə keçirdiyi üçüncü pulsuz cərrahiyyə əməliyyatı aksiyasıdır. Son bir ildə 800-dən artıq xəstə üzərində müalicə və müayinə olunub, habelə cərrahiyyə əməliyyatları aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR