Bank Of Baku

Lənkəranda Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni binasının açılış mərasimi olub

Lənkəranda Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni binasının açılış mərasimi olub
# 09 oktyabr 2008 23:51 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov bu gün Lənkəran və Masallı rayonlarında olub. APA-nın Cənub bürosunun məlumatına görə, əvvəlcə Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (ƏSMM) üçün inşa olunan inzibati binanın açılış mərasiminə qatılan nazir buradakı iş şəraiti ilə tanış olub, mərkəzin əməkdaşlarına uğurlar arzulayıb. 9 saylı dövlət əmək müfəttişliyi və əlillərin sosial müdafiəsi üzrə 10 saylı zona müfəttişliyi də bu yeni binada fəaliyyət göstərəcək. Füzuli Ələkbərov bu il respublikanın rayonlarında daha 30 belə binanın tikintisinə başlandığını, onlardan 16-nın artıq istifadəyə verildiyini diqqətə çatdırıb. Nazirin sözlərinə görə, ilin sonuna kimi daha 14 rayonda yerli ƏSMM-lər üçün yeni inzibati binaların istifadəyə verilməsi nəzərdə tutulub. Masallıda isə nazir Qarabağ müharibəsi əlillərinə və II Dünya müharibəsi veteranlarına 11 “OKA” markalı avtomaşın və 10 əlil arabasının təqdim olunması mərasimində iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR