Bank Of Baku

Oktyabrın 31-də Azərbaycanın iki böyük şəhərində əmək yarmarkası keçiriləcək

Oktyabrın 31-də Azərbaycanın iki böyük şəhərində əmək yarmarkası keçiriləcək
# 09 oktyabr 2008 15:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi bu ilə planlaşdırdığı əmək yarmarkalarını yekunlaşdırmaq üzrədir.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, növbəti yarmarkalar oktyabrın 31-də Gəncə və Sumqayıt şəhərlərində keçiriləcək. Bakıda iki gün davam edən əmək yarmarkasının noyabrın birinci yarısında keçirmək nəzərdə tutulur. BMİ Naxçıvan Muxtar Respublikasında da yarmarkanın təşkilini planlaşdırılır.
Ümumilikdə bu il respublikanın 53 şəhər və rayonunda 54 yarmarka keçirilib. Bu yarmarkalarda 1 899 müəssisə 16 894 boş iş yeri təqdim edib. Yarmarkalarda 5 104 nəfər münasib işlərə göndəriş alıb, 426 nəfər peşə hazırlığı, 340 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR