Bank Of Baku

AMEA-nın nəzdində Xəzərin Problemləri üzrə Beynəlxalq Elmi Mərkəz təsis edilib

AMEA-nın nəzdində Xəzərin Problemləri üzrə Beynəlxalq Elmi Mərkəz təsis edilib
# 09 oktyabr 2008 15:23 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Xəzərin Problemləri üzrə Beynəlxalq Elmi Mərkəz və AMEA-nın Geologiya İnstitutunun nəzdində Palçıq Vulkanizmi üzrə Beynəlxalq Elmi Mərkəz təsis edilib. Bu barədə APA-ya Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynov məlumat verib.

Bu ilin iyulunda Minskdə MDB-yə üzv ölkələrin alimlərinin toplantısında bu təşəbbüslə çıxış edən Azərbaycan alimlərinin təklifi müsbət qarşılanıb. Təklif bu günlərdə Bişkekdə keçirilmiş dövlət elmi təşkilat rəhbərlərinin beynəlxalq müşavirəsində təkrar müzakirədən sonra qəbul edilib.

Yeni mərkəz Xəzər dənizinin problemləri və palçıq vulkanizmi üzrə aparılan tədqiqat və elmi səyləri birləşdirəcək, elmi əməkdaşlığa yardım edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR