Bank Of Baku

Azərbaycan Dövlət Neft Akademiyasının Misirdə filialı açıla bilər

Azərbaycan Dövlət Neft Akademiyasının Misirdə filialı açıla bilər
# 10 oktyabr 2008 13:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov bu gün Misirin ölkəmizə yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurla görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə M. Mərdanov Azərbaycan və Misir arasında təhsil sahəsində əməkdaşlığın daim inkişaf etdiyini deyib. Nazir qeyd edib ki, onlarla azərbaycanlı tələbə Misirin al məktəblərində təhsil alır, eyni zamanda Azərbaycanda da misirli tələbələrin sayı artmaqdadır. İki ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin mövcud olduğunu vurğulayan nazir ölkəmizin orta ümumtəhsil məktəblərində, eləcə də BDU-nun şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Səfir isə ölkələr arasında təhsil sahəsində əlaqələrin onlar üçün də önəmli olduğunu qeyd edib. Səfir Mənsur hər il ölkəmizə bakalavr, magistr, doktorluq təhsillərini davam etdirmək üçün gələn gənclərin sayının artdığını vurğulayıb. O, Misirdə Azərbaycan Dövlət Neft Akademiyasının filialının açılmasına çalışacaqlarını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR