Bank Of Baku

Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsi sisteminin yaradılması məqsədilə məsləhətçinin seçiminə start verilib

Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsi sisteminin yaradılması məqsədilə məsləhətçinin seçiminə start verilib
# 10 oktyabr 2008 14:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ölkədə yaradılacaq bərk məişət tullantılarının idarə edilməsi vahid sisteminin yaradılmasına dair məsləhətçi xidmətlərin göstərilməsi üçün şirkətlərin seçiminə başlayır.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, layihədə maraqlı olan şirkətlər məsləhət xidmətlərinin göstərilməsi üzrə təcrübələrini təsdiqləyən məlumatları təqdim etməlidir. Məsləhətçilər öz imkanlarını artırmaq məqsədilə birgə təkliflər də təqdim edə bilər. Maraqların ifadəsi bu ilin oktyabr ayının 25-dək təqdim olunmalıdır.
Qeyd edək ki, bərk məişət tullantılarının idarə edilməsi vahid sistemi çərçivəsində zavodunun inşası üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) Azərbaycan hökumətinə kredit ayıracaq.
Xatırladaq ki, hazırda Bakı və Bakı ətrafı ərazilərdə 1 mln. tona yaxın məişət tullantıları müşahidə olunur və zavodun məhz bu tullantıların əsasən cəmləşdiyi yerdə (Balaxanı poliqonu) tikintisi planlaşdırılır. Zavodun illik gücü isə 500 min ton olacaq.
Əlaqə telefonu: (+994 12) 492-41-10.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR