Bank Of Baku

Bu il Azərbaycanın cənub bölgəsində 37 QİÇS xəstəsi aşkarlanıb

Bu il Azərbaycanın cənub bölgəsində 37 QİÇS xəstəsi aşkarlanıb
# 11 oktyabr 2008 08:01 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu ilin 9 ayı ərzində Cənub bölgəsində 37 QİÇS xəstəsi aşkarlanaraq qeydiyyata götürülüb. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib. Onun sözlərinə görə, bu ilin 9 ayında laboratoriyada müayinədən keçmiş şəxslər arasında 37 QİÇS xəstəsi aşkarlanıb ki, onlardan da 27 nəfəri Lənkəran, 6 nəfəri Astara və 4 nəfəri Masallı rayonlarının sakinləridir. Ümumilikdə isə Cəlilabad və Biləsuvar rayonları istisna olmaqla, bölgə üzrə 246 QİÇS xəstəsi qeydiyyata alınıb ki, bunların da 159 nəfəri Lənkəran, 40 nəfəri Astara, 36 nəfəri Masallı, 6 nəfəri Yardımlı və 5 nəfəri Lerik rayonlarının sakinləridir. R. İbişov bildirib ki, bu ilin doqquz ayı ərzində həmçinin bölgə üzrə 3 QİÇS xəstəsi, ötən 9 il ərzində isə 20 nəfər HİV daşıyıcısı dünyasını dəyişib. Laboratoriya müdirinin sözlərinə görə, HİV xəstələrinin əksər hissəsini miqrantlar, o cümlədən Rusiyaya qazanc üçün gedən şəxslər təşkil etdiyindən, üç aydan çox ölkədən kənarda yaşayanlar mütləq tibbi müayinəyə cəlb olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR