Bank Of Baku

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində ilk milli çempionat keçiriləcək

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində ilk milli çempionat keçiriləcək
# 13 oktyabr 2008 08:27 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Oktyabrın 25-də “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində ilk milli çempionat keçiriləcək. Çempionat “Atəşgah İntellektual Oyunlar Klubu” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil olunub. “Atəşgah İntellektual Oyunlar Klubu” İctimai Birliyinin informasiya siyasəti və mətbuatla əlaqələr xidmətindən APA-ya verilən məlumata görə, yarışda ölkənin müxtəlif regionlarının 20-dən çox komandası mübarizə aparacaq. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, zehni inkişafına xidmət edən çempionat Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, gənclərin intellektual-yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR