Bank Of Baku

Zərdabda mobil tipli su təmizləyici qurğu istifadəyə verilib

Zərdabda mobil tipli su təmizləyici qurğu istifadəyə verilib
# 13 oktyabr 2008 08:43 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Zərdab rayonunun Bıçaqlı kəndində yeni mobil tipli su təmizləyici qurğu istifadəyə verilib. APA-nın Aran bürosunun xəbərinə görə, açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev iştirak edib. Məlumata görə, Kür sahilində yerləşən su təmizləyici qurğu 3000 metr uzunluğu olan xətlə 10 bulağı təmiz su ilə təmin edəcək. Koreya Respublikasının “Hyundai” şirkəti tərəfindən inşa edilən qurğu sutkada 30 ton su təmizləmək imkanına malikdir. Bu, Zərdab rayonunda istifadəyə verilən 7-ci su təmizləyici qurğudur. Rayonda daha 5 su təmizləyici qurğu tikilir, onlardan 2-si yaxın zamanlarda istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR