Bank Of Baku

Ağcabədidə yeni su təmizləyici qurğu istifadəyə verilib

Ağcabədidə yeni su təmizləyici qurğu istifadəyə verilib
# 13 oktyabr 2008 09:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində «Hyundai» şirkətinin istehsalı olan ən müasir «osmos» texnologiyalı su təmizləyici qurğunu istifadəyə verib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, gün ərzində 20 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Nəcəfqulubəyli kəndinin 1 115 nəfər əhalisi 8 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.
Bu işlər respublika prezidentinin 2007-ci ilin iyununda təsdiqlədiyi «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» sərəncamına əsasən görülür. Sərəncam əsasında ötən il ərzində Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub. Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin 111 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Ümumilikdə, sərəncam əsasında keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR