Bank Of Baku

Avropa Məhkəməsinin fəaliyyətinə dair təlim keçiriləcək

Avropa Məhkəməsinin fəaliyyətinə dair təlim keçiriləcək
# 13 oktyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının Bakı ofisi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və hüquq sahəsində çalışan gəncləri Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə dair təlimdə iştiraka dəvət edir. AŞ-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, təlimin məqsədi hüquq fakültələrinin tələbələri və məzunlarına Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyət standartları, iş mexanizmləri, məhkəməyə şikayətlərin verilmə qaydası, məhkəmə presedentləri haqqında ümumi bilgilərin verilməsi, praktik iş tapşırıqları vasitəsilə onların təcrübələrinin daha da genişləndirilməsindən ibarətdir. Təlim seminarları noyabrın 1-dən 29-dək davam edəcək və Azərbaycan dilində keçiriləcək. Seminarı uğurla bitirənlərə iştirakçı sertifikatları təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR