Bank Of Baku

“Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi” mövzusunda dəyirmi masa keçirib

“Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi” mövzusunda dəyirmi masa keçirib
# 13 oktyabr 2008 10:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Konstitusiya Araşdırmalar Fondu “Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi” mövzusunda layihəyə həsr olunan dəyirmi masa keçirib. APA-nın məlumatına görə, fondun sədri Əliməmməd Nuriyev bildirib ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində, Respublika Dövlət Yol Polisində (DYP), Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində pullu xidmətlər göstərilməsi sahəsində fəaliyyəti tənzimləyən normativ aktların antikorrupsion ekspertizası aparılıb. Həmçinin, pullu xidmətdən istifadə edən vətəndaşlar arasında sorğu keçirilib. Fondun nümayəndəsi Zaur İbrahimli deyib ki, sorğuda 899 respondent iştirak edib. Sorğu zamanı bəlli olub ki, respondentlərin 17,67 faizi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin fəaliyyətini “çox pis”, 49,50 faizi isə “pis” qiymətləndirib. Respondentlərin 38,50 faizi notariusların fəaliyyətini “yaxşı”, 36,50 faizi isə “pis” dəyərləndirib. Respondentlərin əksəriyyəti DYP-nin də fəaliyyətini pis hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR