Bank Of Baku

Bu ildən Masallı və Saatlı rayonlarının sosial obyektləri də istiliklə təmin olunacaq

Bu ildən Masallı və Saatlı rayonlarının sosial obyektləri də istiliklə təmin olunacaq
# 13 oktyabr 2008 10:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azəristiliktəchizat» ASC ilk dəfə olaraq, bu ilin payız-qış mövsümündən Masallı və Saatlı rayonlarını istiliklə təmin etməyə başlayacaq.
«Azəristiliktəchizat» ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev «APA-Economics»ə bildirib ki, artıq bunun üçün hər bir rayonda bir qazanxana tikilib. İlkin mərhələdə həmin rayonlarda bu qazanxana vasitəsilə əsasən, sosial obyektlərə istilik veriləcək.
R.Əliyevin sözlərinə görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar respublikanın regionlarında 7 yeni modul tipli qazanxana quraşdırılıb. Bu il 33 rayonda 124 qazanxana işləyəcək ki, bu da 84 məktəb, 10 uşaq bağçası, 61 səhiyyə obyekti və 86 digər sosial obyekti istiliklə təmin etməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR