Bank Of Baku

Səhiyyə Nazirliyi 40 obyektin fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi 40 obyektin fəaliyyətini dayandırıb
# 13 oktyabr 2008 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin sentyabr ayı ərzində yeyinti sahəsi üzrə fəaliyyət göstərən 79 müəssisənin sahibkarını inzibati qaydada cərimələyiblər. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, həmin müəssisələr yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozublar. Laborator müayinələr zamanı onların gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi aşkarlanıb. Bununla əlaqədar 40 obyektin fəaliyyəti dayandırılıb, 69 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Ötən ay ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 757, mikrobioloji göstəricilərinə görə 459, toksikoloji göstəricilərinə görə 333, radioloji göstəricilərinə görə 26 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 6-da mikrobioloji, göstəricilərə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evləri və restoranlardan götürülmüş 3641 yaxma nümunəsinin 56-da mikrobioloji çirklənmə aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR