Bank Of Baku

Səlim Müslümov: «MDB ölkələri vətəndaşlarının qarşılıqlı pensiya təminatı üçün ən səmərəli yol ikitərəfli sazişlərdir»

Səlim Müslümov: «MDB ölkələri vətəndaşlarının qarşılıqlı pensiya təminatı üçün ən səmərəli yol ikitərəfli sazişlərdir»
# 13 oktyabr 2008 12:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. MDB ölkələrində yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan MDB ölkə vətəndaşlarının qarşılıqlı pensiya təminatı üçün ən səmərəli yol bununla bağlı dövlətlər arasında ikitərəfli razılaşmaların əldə edilməsidir. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Fond sədrinin sözlərinə görə, bununla bağlı sazişin 1994-cü ildə imzalanmasına baxmayaraq, o, heç bir ölkə tərəfindən ratifikasiya olunmayıb. Buna görə də qarşılıqlı pensiya təminatı məsələsi bu günədək açıq qalıb: «Bunun üçün də hesab edirik ki, ikitərəfli sazişlər daha səmərəlidir. Çünki pensiya təminatında müxtəlif ölkələrdə müxtəlif sistemlər var, yəni sistemlər adekvat deyil. Bu səbəbdən daha yaxşı olardı ki, bu məsələ ikitərəfli müqavilələrlə tənzimlənsin».
Qeyd edək ki, 1990-cı illərin əvvəlində keçmiş SSRİ respublikalarından bir-birinə köçüb getmiş MDB ölkə vətəndaşlarının pensiya təminatının həllində müəyyən problemlər var. MDB ölkələri istəyir ki, belə insanların pensiya təminatını onlarınilk vətəni olmuş ölkə öz üzərinə götürsün. Lakin Azərbaycan tərəfi bununla razılaşmır və qeyd edir ki, həmin dövrdə ölkəmizə köçüb gələn azərbaycanlıların pensiya təminatını DSMF öz üzərinə götürüb.
Xatırladaq ki, Azərbaycan vətəndaşların pensiya təminatına dair Türkiyə, Moldova, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna və Gürcüstanla ikitərəfli saziş bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR