Bank Of Baku

Bakı Slavyan Universitetində radiostansiya fəaliyyətə başlayıb

Bakı Slavyan Universitetində radiostansiya fəaliyyətə başlayıb
# 13 oktyabr 2008 23:51 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Bakı Slavyan Universitetində (BSU) respublika təhsil sistemində ilk dəfə olaraq, “Heydər Əliyev məktəbi” adlı universitetdaxili radiostansiya fəaliyyətə başlayıb. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni radiostansiyaya Etibar Babayev rəhbərlik edəcək. Radiostansiyanın əsas məqsədi Heydər Əliyev irsinin öyrənilməsi və təbliğində geniş tələbə auditoriyasını cəlb etmək, tələbələrə əmək fəaliyyətində zəruri ola biləcək bilik və bacarıqlar aşılamaqdır. Radiostansiyada universitetin qonaqları olan görkəmli dövlət və ictimai xadimlərin, alimlərin çıxışları, fikir və mülahizələrindən ibarət fonotekanın yaradılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR