Bank Of Baku

Lənkəranda yeni inşa olunan 5 mərtəbəli, 40 mənzili yaşayış binası istifadəyə verilib

Lənkəranda yeni inşa olunan 5 mərtəbəli, 40 mənzili yaşayış binası istifadəyə verilib
# 13 oktyabr 2008 15:13 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhərində Şəhidlər Xiyabanı 46/2 saylı qəza vəziyyətində olduğu üçün sökülən və Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunan 5 mərtəbəli, 43 mənzili yaşayış binası bu gün istifadəyə verilib. APA-nın cənub bürosunun xəbərinə görə, bununla bağlı keçirilən toplantıda fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Yeni yaşayış binası, içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, 4 bloklu binada 10 dörd otaqlı, 23 üç otaqlı və 10 iki otaqlı mənzil var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR