Bank Of Baku

“Erkən nigahlar insan hüquqlarının pozuntusu kimi - problemin həlli yolları” mövzusunda dəyirmi masa keçirilib

“Erkən nigahlar insan hüquqlarının pozuntusu kimi - problemin həlli yolları” mövzusunda dəyirmi masa keçirilib
# 13 oktyabr 2008 22:15 (UTC +04:00)
Mingəçevir. APA-Şahnəzər Bəşirov. BMT-nin İctimai İnformasiya Departamenti Ombudsman Aparatının və Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Mingəçevirdə “Erkən nigahlar insan hüquqlarının pozuntusu kimi – problemin həlli yolları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsi Envera Selimovic, Ombudsman Aparatının beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Zamanov, Milli Məclisin deputatı Qənirə Paşayeva və QHT rəhbərləri məruzə ediblər. Çıxışlarda qeyd olunub ki, erkən hamiləlik həm ana, həm də uşaq sağlamlığına təhlükə yaradır. Bildirilib ki, erkən nigahlar boşanma hallarında, xüsusilə də evliliyin qanuni qeydiyyatdan keçmədiyi bir halda hüquqi müdafiənin olmaması ilə nəticələnə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR